“Nə olubsa, ikisinin arasında olub” Öldürülən qızın qohumu VİDEO FOTO


Digərləri 01 İyn 2018 17:24:00 303 0

“Nə olubsa, ikisinin arasında olub”  Öldürülən qızın qohumu  VİDEO  FOTO

Sabunçu rayonunun Balaxanı qəsəbəsində güllələnmə hadisə baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, silahlı şəxs Qılman Salahov küçəsi 13 ünvanında üzünə qapını açan 58 yaşlı Esmira Cəfərovanı və qızı 17 yaşlı Aytən Cəfərovanı güllələyib və evi tərk edib. 

Güllə səsinə gələn qonşular yaralıları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Məlumata görə, qətli törədən 19 yaşlı Sabir Qədirovun ailəsi hadisə baş verən gün Cəfərovların evinə elçiliyə gəlib. Həri mərasimində qərarlaşdırıblar ki, nişan Ramazan ayından sonra olsun. Ancaq iki gənc arasında yaşanan mübahisə toyu vaya çevirib. 

Mərhumun qohumu: "Nə olubsa ikisinin arasında olub. Bu gün "həri"si verilib deyəsən. Sonra da götürüb tüfəngi güllələyib".


Xəbərə aid fotolar