Milli Məclisdə özəl gün (FOTO)


Digərləri 01 İyn 2018 17:22:44 267 0

Milli Məclisdə özəl gün (FOTO)

Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda “dəyirmi masa” keçirilib.

Bakı. Elçin Mehdiyev - Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Trend-in məlumatına görə, tədbirdən əvvəl uşaqlar Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə Zalı ilə tanış olublar. Tədbir iştirakçıları Milli Məclisin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar. Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib. Bildirib ki, uşaq hüquqları, ümumilikdə, insan hüquqlarının ən vacib istiqamətlərindən biridir. Bu məsələ BMT-nİn 1989-cu il noyabrın 20-də qəbul etdiyi Konvensiyada öz əksini tapıb.