Rusiya XİN yeni səfir barədə: Gözləntilərimiz müsbətdir


Siyasət 01 İyn 2018 16:51:00 238 0

Rusiya XİN yeni səfir barədə: Gözləntilərimiz müsbətdir

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovun işindən gözləntilərimiz müsbətdir.

Son.az Trend-ə istainadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin deyib.

Rusiya XİN rəsmisi vurğulayıb ki, yeni səfir təcrübəli diplomat və hörmətli şəxsdir.

A.Kojinin sözlərinə görə, M.Boçarnikovun qarşısında dayanan vəzifə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində işləməkdir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin 29 may tarixli fərmanı ilə Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.