Tbilisidə etirazlar yenidən başlayıb, aksiyada 1500-ədək insan iştirak edir


Dünya 01 İyn 2018 16:45:55 246 0

Tbilisidə etirazlar yenidən başlayıb, aksiyada 1500-ədək insan iştirak edir

Aksiya iştirakçılarının sayının 5000 nəfərdən çox olacağı gözlənilir

İki gündür Tbilisidə davam edən etiraz aksiyaları iyunun 1-də yenidən başlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki,parlamentin qarşısındakeçirilənaksiyada hazırda 1500-dək insan iştirak edir.

Onlar ölkənin məhkəmə-hüquq sisteminin yenidən qirulmasını, mövcud hakimiyyətin dəyişdirilməsini tələb edirlər.

Aksiya iştirakçılarının sayının artacağı və 5000 nəfərdən çox olacağı bildirilir.

Qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisidəki Xorava küçəsində 51 saylı məktəbin iki şagirdi mübahisə zəmnində bıçaq yarası alıblar. Hər iki yeniyetmə elə həmin gün ölüb. Məhkəm qətli törədənlərdən birinin cəzasıni azaldıb, digərinə isə yungül cəza vermişdi. Həlak olan yeniyetmələrin valideyinləri və yaxınları əvvəlcə Gurcüstan Baş Prokurorluğu qarşısinda aksiya keçiriblər. Baş prokurorun istefasından sonra aksiya parlamentin binası önündə davam edib.