Azərbaycanda aksiz markası olmayan 4 605 qutu siqaret və 163 ədəd spirtli işçi müsadirə edilib


İqtisadiyyat 01 İyn 2018 16:33:45 50 0

Azərbaycanda aksiz markası olmayan 4 605 qutu siqaret və 163 ədəd spirtli işçi müsadirə edilib

12 086 qutu aksizsiz tütün məmulatı isə könüllü olaraq dövlətə təhvil verilib

Vergilər Nazirliyi ölkə ərazisində alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışının həyata keçirilməsinin qarşısının alınması məqsədilə aparılan nəzarət tədbirlərini davam etdirir.

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, son həftə ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 27 təsərrüfat subyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı 4 605 qutu aksiz markasız tütün məmulatları və 163 ədəd aksiz markası olmayan alkoqollu içkilər aşkar olunaraq götürülüb.

Müəyyən edilmiş faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi başlanıb.

Bununla yanaşı, aparılan maarifləndirmə və təbliğat işlərinin nəticəsi olaraq, bir sıra vergi ödəyiciləri tərəfindən satış üçün əldə edilmiş aksizsiz tütün məmulatlarının könüllü təhvil verilməsinə başlanıb. Belə ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində fəaliyyət göstərən vergi ödəyiciləri 12 086 qutu aksizsiz tütün məmulatını könüllü olaraq dövlət vergi orqanı əməkdaşlarına təhvil veriblər.

"Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək", - deyə məlumatda qeyd olunub.

Maştağa-Nardaran avtomobil yolu gələn ay istifadəyə veriləcək (FOTO/VİDEO) like
  • 01 İyn 16:30  
Digərləri Maştağa-Nardaran avtomobil yolu gələn ay istifadəyə veriləcək (FOTO/VİDEO)

Sabunçu rayonunda ümumi uzunluqları 18.7 km olan 3 qəsəbələrarası avtomo

arrow Ətraflı
Bələdiyyə sədri cərimələnib like
  • 01 İyn 16:30  
Digərləri Bələdiyyə sədri cərimələnib

Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayə

arrow Ətraflı
“Youtube”da ən çox izlənilən azərbaycanlı: like
  • 01 İyn 16:27  
Şou-biznes “Youtube”da ən çox izlənilən azərbaycanlı:

Bugünkü müsahibimiz Üzeyir Mehdizadənin rekordunu əlindən alaraq "Yo

arrow Ətraflı
Zidan bu millini çalışdıra bilər like
  • 01 İyn 16:22  
İdman Zidan bu millini çalışdıra bilər

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan Qətər m

arrow Ətraflı
İstirahət günlərində səyahətə çıxanlar üçün like
  • 01 İyn 16:21  
Digərləri İstirahət günlərində səyahətə çıxanlar üçün

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlan

arrow Ətraflı
Hüseyn Abdullayevlə görüşən vəkil: like
  • 01 İyn 16:17  
Digərləri Hüseyn Abdullayevlə görüşən vəkil:

Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, hazırda həbsdə olan

arrow Ətraflı
Prokuror fırıldaqçı şirkət rəhbərlərinə cəza istədi like
  • 01 İyn 16:15  
Digərləri Prokuror fırıldaqçı şirkət rəhbərlərinə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndir

arrow Ətraflı
Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu haqda yeni kitab (FOTO) like
  • 01 İyn 16:14  
Digərləri Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu haqda yeni kitab (FOTO)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edi

arrow Ətraflı
Portuqaliyalı qapıçı klubla müqaviləsini pozdu like
  • 01 İyn 16:14  
İdman Portuqaliyalı qapıçı klubla müqaviləsini pozdu

Sporting-in qapıçısı Rui Patrisio klubla müqaviləsini pozub. Goa

arrow Ətraflı
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu like
  • 01 İyn 16:11  
Digərləri İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlan

arrow Ətraflı
Penitensiar Xidmətdə kadr dəyişikliyi like
  • 01 İyn 16:11  
Digərləri Penitensiar Xidmətdə kadr dəyişikliyi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyi olub.

arrow Ətraflı
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı like
  • 01 İyn 16:09  
Siyasət Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı

Prezident İlham Əliyev R.Q.Yediyarovun Gədəbəy Rayon İcra Hakimiyyətinin

arrow Ətraflı