Zidan bu millini çalışdıra bilər


İdman 01 İyn 2018 16:22:00 445 0

Zidan bu millini çalışdıra bilər

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan Qətər milli komandasına rəhbərlik edə bilər. 

Goal.az-ın məlumatına görə, bu barədə misirli iş adamı Naqib Saviris şəxsi "twitter" hesabından paylaşım edib. 

O, qətərlilərin fransalı mütəxəssisə illik 50 milyon avro təklif etdiyini yazıb. Savirisin sözlərinə görə, Zidan komanda ilə 4 illik müqavilə imzalayacaq və millini 2022-ci il dünya çempionatına hazırlayacaq. 

Qeyd edək ki, DÇ-2022 Qətərdə keçiriləcək.