İstirahət günlərində səyahətə çıxanlar üçün


Digərləri 01 İyn 2018 16:21:00 299 0

İstirahət günlərində səyahətə çıxanlar üçün

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, iki gün ərzində həmin bölgədə əlverişsiz hava şəraiti müşahidə olunacaq, fasilələrlə leysan xarakterli yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda isə 11-16 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində iyunun 02-də arabir yağış yağacaq, iyunun 03-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu iyunun 02-də 17-22, iyunun 03-də 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında da iyunun 02-də əlverişsiz hava şəraiti müşahidə olunacaq, arabir leysan xarakterli yağış yağacaq, iyunun 03-də isə havanın yağmursuz keçəcəyi gözlənilir.