İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb


Sosial 01 İyn 2018 16:10:54 263 0

İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakıda arabir yağış yağacaq

Bakı. 1 iyun. REPORT.AZ İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report"a verilənməlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, iki gün ərzində həmin bölgədə əlverişsiz hava şəraiti müşahidə olunacaq, fasilələrlə leysan xarakterli yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda isə 11-16 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində iyunun 2-də arabir yağış yağacaq, iyunun 3-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu iyunun 2-də 17-22, iyunun 3-də 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında da iyunun 2-də əlverişsiz hava şəraiti müşahidə olunacaq, arabir leysan xarakterli yağış yağacaq, iyunun 03-də isə havanın yağmursuz keçəcəyi gözlənilir.

Havanın maksimal temperaturu iyunun 2-də 18-23, iyunun 03-də 25-30 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.

"Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, iyunun 2-də hava şəraitinin qeyri-sabit, küləkli olacağı, arabir yağış yağacağı gözlənilir. İyunun 3-ü isə yağmursuz hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu iyunun 2-də 17-20, iyunun 3-də 21-23 dərəcə isti təşkil edəcək", - deyə, ETSN-in məlumatında bildirilib.