Prokuror fırıldaqçı şirkət rəhbərlərinə cəza istədi


Digərləri 01 İyn 2018 16:15:00 361 0

Prokuror fırıldaqçı şirkət rəhbərlərinə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Çingiz Məmmədov və İsa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.