Hüseyn Abdullayevlə görüşən vəkil:


Digərləri 01 İyn 2018 16:17:00 282 0

Hüseyn Abdullayevlə görüşən vəkil:

Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən, hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev növbəti dəfə vəkili ilə görüşüb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında H.Abdullayevin vəkili Ruhid Əkbərov deyib.

Vəkil bildirib ki, H.Abdullayevlə mütəmadi görüşür, səhhəti və saxlanma şəraiti ilə də maraqlanır: "Hüseyn Abdullayevlə görüşməklə bağlı heç bir problem yoxdur, görüş üçün normal şərait yaradılıb. Saxlanma şəraiti və səhhətindən heç bir narazılığı yoxdur. Hazırda istintaq davam edir".

Qeyd edək ki, Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə məlumatına görə, "Araz İNC" MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol" xətti ilə beynəlxalq axtarış elan olunub.