Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu haqda yeni kitab (FOTO)


Digərləri 01 İyn 2018 16:14:00 352 0

Türkçülüyün patriarxı Əhməd bəy Ağaoğlu haqda yeni kitab (FOTO)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub.

Bakı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə nəşr edilən kitabların sırasına daha bir sanballı əsər daxil olub. Trend-in məlumatına görə, “Türkçülüyün patriarxı: Əhməd bəy Ağaoğlu (1869-1939)” adlı kitab bu günlərdə “TEAS Press” Nəşriyyat Evi tərəfindən çapdan buraxılıb. “Məşhurların həyatı” seriyasından çapa hazırlanan əsərdə türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışılır. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olan Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli oyanışında müstəsna xidmətlər göstərib.