SOCAR istiqrazları ilə REPO əməliyyatları


Digərləri 01 İyn 2018 16:03:00 327 0

SOCAR istiqrazları ilə REPO əməliyyatları

Azərbaycan qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi artıb.

"SOCAR Capital"dan Son.az-a verilən məlumata görə, SOCAR İstiqrazları ilə REPO müqavilələrinin 2018-ci il üzrə sayı 23-ə çatıb. Bu müqavilələr əsasında istiqraz sahibi olan həm hüquqi, həm də fiziki şəxslərə aşağı faizlərlə 12 milyon dollardan çox kredit verilib. Nəticədə, qeyd olunan qiymətli kağız vasitə ilə götürülən kreditin məbləği ümumilikdə 24 milyon dolları keçib.

Xatırladaq ki, SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına 2017-ci ilin noyabr ayında başlanılıb və bu günə qədər 36 müqavilə bağlanılıb. Kreditlər əsasən 2 gündən 83 günə qədər illik 3,50-4,50 faiz arası götürülüb.

REPO əməliyyatı mexanizmi SOCAR istiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit almaq imkanı verir.


Xəbərə aid fotolar