Unibank xüsusi üstünlükləri olan istehsal krediti təklif edir


Digərləri 01 İyn 2018 15:43:00 529 0

Unibank xüsusi üstünlükləri olan istehsal krediti təklif edir

Unibank ölkəmizdə biznesin inkişafına dəstək verən daha bir kredit məhsulunu təqdim edir. Yeni biznes krediti sırf istehsalçılar üçündür. İstehsalçıların sərfəli maliyyə vəsaitinə tələbatını qarşılamağı nəzərdə tutan "İstehsal krediti",  endirimli faiz dərəcəsi, güzəştli dövrü, individual ödəniş qrafikli və daşınar əmlak (avadanlıq) girovluğunu mümkün edən üstünlüklərə malikdir.

"Unibank" KB ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Samir Mustafayev bildirib ki, yeni məhsul  ölkəmizdə istehsalla məşğul olan sahibkarların tələbatına uyğunlaşdırılıb: " "İstehsal krediti" milli istehsalın inkişafına daha yaxından dəstək məqsədilə hazırlanıb. Kreditin faizinin mövcud standart faiz dərəcələrindən daha aşağı olması, sahibkara götürdüyü vəsaiti bir neçə ay sonradan başlayaraq ödəmək imkanının yaradılması, məhsulun üstün tərəflərindəndir. Girov olaraq yalnız daşınmaz əmlakın deyil, daşınar əmlakın, yəni avadanlıqların da qəbulu istehsalçılar üçün krediti daha əlçatan edir. Xüsusi vurğulanmalı bir məqam da, ödəniş qrafikinə individual yanaşmadır. Bu halda bank tərəfindən  istehsalçıya gəlirinə uyğun xüsusi ödəniş qrafikini seçmək imkanı yaradılır". 

İstehsal kreditinin şərtləri:

- Məbləğ:  minimum 50.000 AZN-dən başlayır;

- Kreditin müddəti: 3 ilədək;

- 3 ayadək güzəşt müddətli;

- Müştərinin ödəniş qrafikinə individual yanaşma (qrafikin 5 ilədək uzadılma imkanı);

- Daşınmaz əmlakla yanaşı, daşınar əmlak (avadanlıq) girovunun mümkünlüyü; 

- İstehsal kreditləri VÖEN sahibi olan sahibkarlara verilir. 

Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

- Sərfəli tariflər;