Akif Çovdarov 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü


Digərləri 01 İyn 2018 15:39:00 521 0

Akif Çovdarov 9 saylı cəzaçəkmə müəssisəsinə köçürüldü

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov, nazirliyin digər vəzifəli şəxsləri Səlim Məmmədov və Orxan Osmanov cəzaçəkmə müəssisəsinə köçürülüb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə A. Çovdarovun vəkili Kamandar Nəsibov deyib.

Vəkil bildirib ki, təqsirləndirilən şəxslər 1 saylı Bakı İstintaq Təcridxanasından 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüblər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb.