İzetbeqoviç: "Bosniya və Herseqovina ilə Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək"


Siyasət 01 İyn 2018 15:24:00 467 0

İzetbeqoviç: "Bosniya və Herseqovina ilə Azərbaycan arasında münasibətlər bundan sonra da inkişaf edəcək"

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır və ölkənizin daha da firavanlaşmasını arzulayıram.

Fürsətdən istifadə edib səmimi qəlbdən əmin olduğumu bildirmək istəyirəm ki, Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcək.

Zati-aliləri, Sizə ən yüksək ehtiram bəslədiyimə əmin olun".