Gənc Tamaşaçılar Teatrı həftəsonu nələr vəd edir...


Kriminal 01 İyn 2018 15:25:00 408 0

Gənc Tamaşaçılar Teatrı həftəsonu nələr vəd edir...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu həftəsonu bir gündə iki yeni tamaşanın təqdimatı və cari repertuarda olan ən maraqlı tamaşaları ilə tamaşaçılarının  görüşünə hazırlaşır.

Belə ki,teatr iyun ayının 1-də P.Cullifordun "Şirinlər" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı saat  12 00 və 14 00 olmaqla ilk dəfə nümayiş etdirəcək.

Axşam saat 1900 da isə böyük dramaturqumuz,  unudulmaz  H.Cavidin "Ana" mənzum dramının premyerasını təqdim edəcəkdir.

İyun ayının 2-də saat 12 00 və 1400-da  kiçik yaşlı daimi tamaşaçılarımız A.Şaiqin "Tıq-Tıq xanım" tamaşasını,  saat 1600  və 1900-isə böyük mütəfəkkir M.F.Axundzadənin "Hekayəti Xırs  quldurbasan" tamaşalarını təqdim edəcəkdir.


Xəbərə aid fotolar