Sumqayıtda TORPAQ UÇQUNU


Digərləri 01 İyn 2018 15:27:00 563 0

Sumqayıtda TORPAQ UÇQUNU

Sumqayıtda 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.

Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, 1 nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.