Lyoris: "Poqba yaxşı mövsüm keçirdi"


İdman 01 İyn 2018 15:10:00 331 0

Lyoris: "Poqba yaxşı mövsüm keçirdi"

Tottenham və Fransa millisinin qapıçısı Uqo Lyoris həmyerlisi Pol Poqba haqqında danışıb. Goal.az xəbər verir ki, qolkiper bunları deyib:

"Poqba artıq gənc futbolçu deyil. O, millidə və klubda kifayət qədər təcrübə toplayıb. Polun istedadı böyükdür. Hamı bu barədə lap əvvəldən bilir. Bəziləri razı olmasa da, Poqba çox yaxşı mövsüm keçirdi. Mən bir peşəkar qapıçı və futbol azarkeşi kimi bu fikirdəyəm. Onun Fransa millisində parlamaq imkanı var. Başçı olacaqmı? Bu söz ağır səslənir. Amma lider olmaq şansı var. Poqba bunu meydanda və ondan kənarda göstərməlidir. Vacibdir ki, o, oyununa köklənsin. Bu, digərlərini ardınca aparmanın ən yaxşı yoludur".