Arvadını küçədə döyəni döydülər VİDEO FOTO


Digərləri 01 İyn 2018 14:27:00 297 0

Arvadını küçədə döyəni döydülər  VİDEO  FOTO

Türkiyənin İstanbul şəhərinin Kağıthanə səmtindəki küçələrdən birində kişi qadını vurub yerə yıxıb, sonra döyməyə başlayıb.

Son.az Ensonhaber-ə istinadən bildirir ki, həmin şəxsin o qadının əri olduğu bilinib.

Qadını qəddarlıqla vuran və söyən kişi sakitləşmirdi. Bu zaman ona qaçaraq iki nəfər yaxınlaşıb. Həmin şəxslərdən biri arvadını döyən kişiyə kəllə ataraq onu yerə yıxıb, sonra döyməyə başlayıb.

Arvadı Nevin T.-ni döyənin Mehmet T. olduğu müəyyənləşib.

Qadının köməyinə çatan, Mehmeti kəllə zərbəsi ilə yerə sərən isə Kağıthane bələdiyyəsində süpürgəçi işləyən Emre Derebaşı olub. Onun yanında qaçan isə "həmkar"ı Yunus Emre Bilgili idi.

Emre Derebaşının dediyinə görə, əməlində heç bir qəhrəmanlıq yoxdur və sosial şəbəkələrdə məşhurlaşmasının səbəbini də anlamır.


Xəbərə aid video


Xəbərə aid fotolar