Paytaxtda uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxladı (FOTO)


Digərləri 01 İyn 2018 14:11:00 259 0

Paytaxtda uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxladı (FOTO)

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafəsi günü ilə bağlı paytaxtda “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” şüarı altında maarifləndirici sosial aksiya keçirilib.

Bakı. İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafəsi günü ilə bağlı paytaxtda “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” şüarı altında maarifləndirici sosial aksiya keçirilib. Tədbirin keçirilməsində məqsəd orta məktəb şagirdləri, sürücü və piyadalar arasında yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırmanın təbliği olub. Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən Trend-ə verilən məlumata görə, “ARB Günəş”in, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və “SinemaPlus” kinoteatlar şəbəkəsinin, müəllim-valideyn komitələrinin, ictimaiyyət nümayəndələrinin dəstəyi ilə keçirilən tədbirdə avtomobillərdə daşınan uşaqlara hədiyyələr paylanılıb, sürücü və piyadlarla profilaktiki söhbətlər aparılıb, maarifləndirici bukletlər verilib.