Bakı Şopinq Festivalının tirajlı lotereyasında avtomobilin sahibi məlum oldu! FOTO


Digərləri 01 İyn 2018 14:04:00 273 0

Bakı Şopinq Festivalının tirajlı lotereyasında avtomobilin sahibi məlum oldu!  FOTO

Paytaxtımızda sayca üçüncü dəfə keçirilən Bakı Şopinq Festivalı çərçivəsində, "Alış-verişiniz sizə hədiyyə qazandırsın!" şüarı ilə mayın 1-dən açıq elan edilən festivalın Onlayn Lotereyasına dünən yekun vuruldu.

Son.az bakushopfest-ə istinadən xəbər verir ki, ötən bir ay ərzində festivala qoşulmuş yüzlərlə iştirakçı lotereyanın sponsorları Baku Elektronics-dən, Park Bulvardan, Bravo marketlər şəbəkəsindən, İdeal mağazalar şəbəkəsindən və digər tərəfdaşlardan qiymətli hədiyyələr qazanıblar.

31 may 2018-ci il tarixində hər kəsin gözlədiyi, Bakı Şopinq Festivalının tirajli lotereyası oynanıldı. Park Bulvarda keçirilən tirajda sponsorlar da iştirak ediblər. Ani lotereyada iştirak etmiş və udub-udmamağından asılı olmayaraq, hər kəsin yekun tirajlı lotereyada qazanmaq şansı var idi. Qeyd edək ki, festival müddətində lotereyada 5852 nəfər qeydiyyatdan keçib. Onlar 6550 çeklə ani lotereyada iştirak edərək 5000-dən çox uduş əldə ediblər. Ani lotereyada iştirak edən 6550 çekin hər biri 31 may tarixində keçirilən tirajlı lotereyada iştirak edib.

Lotereya iştirakçıları bu dəfə bir-birindən dəyərli 150 hədiyyə və əsas mükafat olan Nissan Sunny avtomobili gözləyirdi. Belə ki, tirajlı lotereyanın hədiyyələri siyahısında Bravo marketlər şəbəkəsindən 70 ədəd soba, 30 ədəd tozsoran, Baku Elektronics-dən 5 ədəd LG K4 mobil telefonu, 5 ədəd paltaryuyan, 5 ədəd soyuducu, 10 ədəd televizor, 5 ədəd tozsoran, 10 ədəd şirəçəkən, 10 ədəd ətçəkən oynanılırdı. Ən əsası isə ən şanslı qalib Nurgün Motorsdan Nissan Sunny avtomobilinə sahib olacaqdı!


Xəbərə aid fotolar