"Volkswagen" və "Skoda" 130 mindən çox avtomobili geri çağırdı


Dünya 01 İyn 2018 14:08:00 322 0

"Volkswagen" və "Skoda" 130 mindən çox avtomobili geri çağırdı

"Volkswagen Group Rus" şirkəti Rusiyada 133 minə yaxın "Volkswagen" və "Skoda" markalı avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qərar buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır. Məlumatda qeyd olunur ki, geri çağırılma 2016-2018-ci illərdə Rusiyada satılmış "Volkswagen Polo Sedan" və "Skoda Rapid" modellərinə şamil olunur.