Ələkbər Tağıyevin mahnılarından ibarət konsert keçirilib


Kriminal 01 İyn 2018 13:52:25 282 0

Ələkbər Tağıyevin mahnılarından ibarət konsert keçirilib

May ayının 31-də Heydər Əliyev Sarayında  sevilən nəğmələrin müəllifi, bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert keçirilib.

Son.az xəbər verir ki, konsert Azərbaycan Televiziyasının Mədəniyyət Kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə keçirilib.

Konsertdə xalq artistləri Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Zaur Rzayev, əməkdar artistlər Lalə Məmmədova, Fehruz Səxavət, Gülüstan Əliyeva, Arzu Əliyeva, Təyyar Bayramov, Almaz Orucova, Azərbaycan Televiziyasının solistləri, gənc ifaçılar Səbinə Ərəbli, Ayşən Mehdiyeva, Rövşən Əziz, Rəvanə Əmiraslanlı, Günay İmamverdiyeva, Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Nicat Cəfərzadə və başqaları müəllifin qəlbəyatan mahnılarını ifa ediblər.

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə "Azərbaycanım mənim", "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Qonşu qız", "Azərbaycan oğluyam", "Sədaqətim var",  "Qəşəngdir" və onlarla digər  sevilən mahnılar bəxş edib. Konsertdə həmçinin Zeynəb Xanlarova, Nisə Qasımova, Məmmədbağır Bağırzadə və digər sənətkarların ifasında Ələkbər Tağıyevin mahnılarının lent yazıları nümayiş olunub.


Xəbərə aid fotolar