Azərbaycanda uşaqların SAYI 2 milyon 600 minə yaxındır


Digərləri 01 İyn 2018 13:52:00 225 0

Azərbaycanda uşaqların SAYI 2 milyon 600 minə yaxındır

2017-ci il ərzində ümumilikdə 2 milyon 453 min 693 uşaq dispanser qeydiyyatından keçib.

Bakı. İlhamə İsabalayeva - 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar xüsusi diqqət, qayğı və müdafiəyə ehtiyacı olan təbəqədir. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdəndir ki, səhiyyənin prioritet istiqamətlərindən biri də məhz uşaqların sağlamlığının keşiyində durmaq, yarana biləcək xəstəliklərdən onları vaxtından əvvəl qorumaqdır. Belə layihələrdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2013-cü ildə “Uşaqların İcbari Dispanserizasiyası haqqında” qanunun qəbul edilməsidir. Qanun uşaqların sağlamlığının qorunmasında böyük əhəmiyyət kəsb edir. Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilir.