“Dedi pulunu verəcəm, qaytar silahımı”


Kriminal 01 İyn 2018 13:27:00 296 0

“Dedi pulunu verəcəm, qaytar silahımı”

Göygöl Rayon PŞ-nin əməkdaşları qanunsuz silah alqı-satqısında şübhəli bilinən şəxsləri saxlayıblar. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonu Yuxarı Çaykənd sakini 23 yaşlı Qədim Abdullayev 2 il öncə meşədən AKMS markalı avtomat silah tapıb və onu rayonun Aşağı Çaykənd sakini Elgin Məmmədova 650 manat müqabilində satıb.  Qədim Elginə silahı satarkən şərt kəsmişdi ki, nə vaxtsa silaha daha çox pul verən müştəri tapsa, pulunu ödəmək şərti ilə, ondan alıb, satacaq. Elgin Məmmədov - saxlanılan şəxs: "Abdullayev Qədimdən almışam 650 manata. Dedi ki, pula ehtiyacım var. Bu il gəldi dedi qaytar mənə silahı, pulunu verəcəm. Mən də verdim". Gözlənilən an gerçəyə çevrildi.  Qədim Abdullayev silahı baha qiymətə satmaq üçün satacağı gümanı ilə Göygöl rayonunun Balçılı kəndi ərazisinə gətirib və elə orada polis əməkdaşları tərəfindən yaxalanıb.  Qədim Abdullayev - saxlanılan şəxs: "2-3 gün bundan əvvəl bir nəfər mənimlə danışdı, dedi ki, silah lazımdır. Mən də silahı satarkən tutuldum".  Baş vermiş hadisə ilə əlaqədar CM-nin 228.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir. 

Son.az 


Xəbərə aid fotolar