Azərbaycana maraq artıb


Siyasət 01 İyn 2018 13:03:04 220 0

Azərbaycana maraq artıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə "Cənub Qaz Dəhlizi"nin rəsmi açılış mərasiminin keçirildiyi 2018-ci il may-ın 29-nu ölkəmizin tarixində çox mühüm tarixi gün hesab etmək olar.

Bunu Son.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, eyni zamanda Gənclər və idman komitəsinin üzvü Rauf Əliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin açılışı bir daha sübut edir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu layihənin reallaşması ölkəmizdə neft-qaz sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir:

Qaz vurmaqla qazanımız dolacaq - Azərbaycanın gəlirləri getdikcə artır "Layihənin icrasına 2014-cü ildən başlanıb. Bu vaxta kimi layihənin reallaşmasına 40 milyard dollardan artıq sərmayə qoyulub və qoyulacaqdır. Layihənin həyata keçirilməsi nəticəsində 30 mindən çox yeni iş yerləri yaranacaq. Bu layihədən 20 il öncə, 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamaqla həm Azərbaycanın gələcək inkişafı üçün həlledici imkanlar yarandı, həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrildi. Ümumimilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz Avropada enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. "Əsrin müqaviləsi" Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, "Cənub Qaz Dəhlizi" XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyində çoxşaxəli enerji marşurutlar sisteminin yaradılmasına imkan verir".

O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasıdır: "Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə olan iqtisadi və siyasi marağı daha da gücləndirib. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Avropaya Azərbaycan, Gücüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və Albaniya ərazisindən, eləcə də Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzanan boru kəməri vasitəsilə çatdıralacaq. Layihənin həyata keçirilməsində Türkiyəni, Gürcüstanı, Böyük Britaniyanı, Rusiyanı, Fransanı və digər ölkələri təmsil edən 12-ə qədər məşhur şirkət iştirak edir. Bu, geniş beynəlxalq əməkdaşlığı reallaşdıran bir layihədir. Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir".

R.Əliyevin fikrincə, Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir: "Biz bunu ABŞ-ın Dövlət katibi Donald Pompeonun Azərbaycan prezidentinə ünvanladığı son məktubundan və göstərdiyi dəstəkdən da görürük. Bütün bunlar həm də Ermənistanın və erməni lobbisinin məğlubiyyəti, eləcə də antiAzərbaycançı qüvvələrin fəallığı fonunda baş verir. lakin onların cəhdləri uğursuzluğa düçardır. Dünya ictimaiyyətinin Azərbaycana münasibəti yüksək səviyyədədir".

İlkin İzzət Son.az