“Tanınmırsa, açıqsaçıq geyimlə diqqət çəkə bilər” Şəhid qızı olan müğənni VİDEO FOTO


Şou-biznes 01 İyn 2018 12:46:00 289 0

“Tanınmırsa, açıqsaçıq geyimlə diqqət çəkə bilər”  Şəhid qızı olan müğənni  VİDEO  FOTO

ARB Ulduz-un "Şou Məkan" verlişinin növbəti qonağı müğənni Leyla Ramazanlı olub.

Son.az bildirir ki, ilk olaraq müğənni qalmaqal üçün intriqaya girməyin onun xarakterinə yad olmasından söz açıb: "Mən özümü gündəm müğənnisi hesab etmirəm. Sənətdə olduğum müddət ərzində mənim qalmaqallarım çox olmayıb. Bəlkə də bu, təbiətimdən irəli gəlir. Bəlkə, insanlarla münasibətimin pozulmağını istəmirəm. Həmişə başımı aşağı salıb sənətimlə məşğul olmuşam. Az olsun, çox olsun, amma düşünmüşəm ki, hörmətim üstümdə qalsın və insanlar məni olduğum kimi sevsinlər". Leyla qalmaqalı sevmədiyini və hər zaman uzaq qalmağa çalışdığını bildirib: "Cavab verməkdən qorxmuram. Sadəcə olaraq, kimlərinsə qəlbini qırmaq istəmirəm. Mən öz sənətimə fikir vermişəm. Xoşum gəlmir ki, kiminsə haqqında söhbət edim, onu müzakirə eləyim. Əvvəldən bunu sevməmişəm". Müğənni ailəsində ciddi qayda-qanunlar olduğu deyir: "Anam 30 ildən çox mədəniyyət sahəsində çalışıb. O, bizi tək böyüdüb. Mənim atam şəhid olub. Ailəmiz hər zaman mühafizəkar olub. Ciddi qayda-qanunların olduğu ailədə böyümüşəm. Bəlkə də, bu ailədə böyüdüyüm üçün bəzi məsələlərdə özümə sərhəd qoyuram. Heç kimin bostanına daş atmıram, öz işimlə məşğulam".  İfaçı niyə şou-biznesdəkilərdən uzaq gəzdiyinə aydınlıq gətirib: "Əslində, özüm şou-biznesdəkilərdən uzaq gəzirəm. Nə isə deyərəm, kiminsə xətrinə dəyə bilər. Söz deyirsən, gedib başqa cür çatdırırlar. Əslində, elə göründüyüm qədər sakitəm. Ancaq özümü də müdafiə edə bilirəm. Fikirlərimi söyləyə bilirəm. Şou-biznes nümayəndələri ilə münasibətim yaxşı olsa da, uzaq qaçıram". Sənətçi bəzi həmkarları kimi qalmaqal və ya açıq-saçıqlıqla gündəmdə qalmağı düzgün hesab etmədiyini deyib: "Hansısa müğənni ilk addımında tanınmırsa, ortalığa nəsə atır ki, diqqət çəkə bilsin. Qalmaqal da ola bilər və ya açıq-saçıq geyimlə də gündəmə gələ bilər. Düzdür, populyarlıq olur. Biri var hörmətsizsən, insanların gözündən düşübsən, sevilməyərək populyarsan. Biri də var, öz əziyyətinlə irəliləyəsən. Düzdür, hamı istəyər ki, hər şey daha asan və tez olsun. Ancaq mən həmişə normaları gözləmişəm. Eybi yox, qoy, gec olsun, amma güc olmasın". Leyla yeni işlərindən də söz açıb: "İki yeni mahnım gəlir. Biri Sevinc Mansurovadandır, digəri isə Nurlan Hatəmoğlunundur. Yeni mahnılarımdan biri "Səbr elə" adlanır. Ritmik, yay ab-havalı mahnıdır. Mahnını çox bəyəndim, emsional mahnıdır. Hələ ki, studiyadadır. İfanı kliplə bərabər təqdim edəcəm". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar