Gürcüstan prezidenti kütləvi aksiyanın təşkilatçısı ilə görüşüb


Dünya 01 İyn 2018 12:35:00 242 0

Gürcüstan prezidenti kütləvi aksiyanın təşkilatçısı ilə görüşüb

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Tbilisidə dünən kütləvi aksiyanın keçirildiyi parlament binasının qarşısına gəlib.

Son.az APA-ya istinadən xəbər verir ki, dövlət başçısı ötən il qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze ilə parlamentin qarşısında qurulmuş çadırda görüşüb.

Dünən aksiya keçirilən zaman Z. Saralidze G. Marqvelaşvilini aksiyaya qoşulmağa çağırmışdı.