Azərbaycanlı uşaqlar hansı ölkənin vətəndaşlarına övladlığa verilib?


Digərləri 01 İyn 2018 12:24:00 254 0

Azərbaycanlı uşaqlar hansı ölkənin vətəndaşlarına övladlığa verilib?

2018-ci ildə əcnəbilər tərəfindən Azərbaycan vətəndaşı olan iki uşaq övladlığa götürülüb.

Son.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəfa Ələkbərova deyib.

O bildirib ki, hər iki uşaq birinci nikahdan olan valideynlərin övladlarıdır: "Övladlığa götürən və xarici vətəndaş olan şəxs Azərbaycan vətəndaşı olan şəxslə nikaha daxil olduqdan sonra onun əvvəlki nikahdan olan uşağını övladlığa götürüb".