“Başını sal aşağı, işinlə məşğul ol”


Şou-biznes 01 İyn 2018 12:19:00 294 0

“Başını sal aşağı, işinlə məşğul ol”

ARB Ulduz-un "Virtual həyat" verlişinin növbəti qonağı rəqqasə Fatimə Fətəliyeva olub.

Rəqqasə, ilk olaraq, həmkarı Renkaya hər zaman dəstək olmasından danışıb: "Bir şey olan kimi Renka mənə zəng vurur. Fatimə, səncə, mən cavab verim? İnanırsız, belə anlar olur. Deyirəm ki, Renka başını sal aşağı, işinlə məşğul ol! Sənə lazımdır, cavab verəcəksən, söhbət uzanacaq. Sən, onsuz da, qalmaqalsız tanınıbsan. Renkada elə bir nüans var ki, o başqa rəqqasələrdə heç vaxt olmayacaq". Fatimə həyata keçirmək istədiyi böyük layihədən də söz açıb: "Mən demişdim ki, aprel ayında solo konsertim olacaq. Ancaq buna vaxt lazımdır. Bəstəkar Nailə Mirməmmədli mahnı hazırlayır. Hazır olandan sonra klip çəkiləcək. Rəqs kompozisiyası qurulacaq. Mən tək olmayacam. Yanımda rəqqas və rəqqasələr olacaq. Tam açıqlamaq istəmirəm. Böyük bir layihədir. İstəyirəm ki, konsertimi də yeni kliplə açıq elan edim". Fatimə Fətəliyeva ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid fotolar