Zidanın Real-dan getməsinin səbəbləri nə imiş?


İdman 01 İyn 2018 11:52:00 299 0

Zidanın Real-dan getməsinin səbəbləri nə imiş?

İspaniyanın "As"qəzeti Zinəddin Zidanın Real-ın baş məşqçisi postundan istefasının səbəblərini araşdırıb. Goal.az xəbər verir ki, idman nəşri fransalı mütəxəsislə klub prezidenti Florentino Perez arasında münasibətlərin korlandığını qeyd edib. Belə ki, ispaniyalı funksioner son transfer məsələlərində Zidanın fikrini nəzərə almayıb. Perez Kepa Arrisabalaqa (Athletic), Robert Levandovski (Bayern Munchen) və Neymarı (PSG) transfer etmək istəsə də, Zidan bundan razı olmayıb. Məşqçini Ronaldo və Beylin gələcəyi də narahat edirmiş. Portuqaliyalı ulduzun Çempionlar Liqasının finalından sonra Real-dan ayrılacağına işarə vurması fransalı mütəxəsisi düşünməyə vadar edib.

"As" nəşri istefanın səbəblərindən biri kimi geridə qalan mövsümdə Real-ın Yoahim Löv və Maurisio Poçettino ilə maraqlanmasını da göstərib.