BANMda ilin ilk TEDxBHOS konfransı keçirildi FOTO


Digərləri 01 İyn 2018 12:10:00 276 0

BANMda ilin ilk TEDxBHOS konfransı keçirildi  FOTO

Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda 2018-ci il üzrə ilk konfransı - TEDxBHOS keçirilib.

Ali Məktəbdən Son.az-a verilən məlumata görə, əsas missiyası "Yayılmağa dəyər fikirlər" olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.

Konfransda BANM-ın rektoru Elmar Qasımov BANM tələbələrinin həyata keçirdiyi TEDxBHOS layihəsinə gələn bütün qonaqları salamlayaraq, konfransın qeyri-kommersiya təşkilatı olan TED-ın lisenziyası əsasında təşkil edildiyini bildirib. Daha sonra rektor tələbələri BANM-da bu böyük tədbiri təşkil etdikləri üçün təbrik edib.


Xəbərə aid fotolar