Azərbaycanın bank sektorunun aktivləri azalmaqda davam edir - ƏLAVƏ OLUNUB


İqtisadiyyat 01 İyn 2018 11:49:00 321 0

Azərbaycanın bank sektorunun aktivləri azalmaqda davam edir - ƏLAVƏ OLUNUB

Apreldə azalma təxminən 1% təşkil edib

Azərbaycan bank sektorunun aktivləri bu il mayın 1-nə 27 651,4 mln. manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,9% azdır.

Xatırladaq ki, bu ilin mart ayında da sektorun aktivləri 2,1% azalmışdı.

***

Bankların cəmi aktivlərinin 35,3%-ni və yaxud 9 760,8 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Apreldə bankların kredit portfeli 1,7% böyüyüb.

Ay ərzində sektorun cəmi öhdəlikləri 1,1% azalaraq 23 779,7 mln. manat, o cümlədən depozit portfeli 1,4% artaraq 16 958,1 mln. manat olub. Bunun 7 813,5 mln. manatı fiziki şəxslərin, 9 144,6 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Apreldə əhalinin əmanətləri 3,1%, şirkətlərin vəsaitləri isə 0,1% artıb.

Bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 8,3% azalaraq 457,5 mln. manata düşüb.

Ay ərzində bank sektorunun cəmi kapitalı isə cüzi artaraq 3 871,7 mln. manat təşkil edib.