2018-ci ilin aprel ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb


Digərləri 01 İyn 2018 11:41:00 243 0

2018-ci ilin aprel ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

30 aprel 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.7 mlrd. manat, cəmi öhdəlikləri isə 23.8 mlrd. manat təşkil edib.

Bakı. 2018-ci ilin aprel ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, 30 aprel 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27.7 mlrd. manat, cəmi öhdəlikləri isə 23.8 mlrd. manat təşkil edib. Sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.8 mlrd. manat olub. 2018-ci ilin aprel ayı ərzində bank sektorunun aktivləri 0.9% (256 mln. manat), öhdəlikləri 1.1% (258 mln. manat) azalıb, kapitalı isə 0.04% (2 mln. manat) artıb.