"Volkswagen" və "Skoda" 130 mindən çox avtomobili geri çağırdı


Digərləri 01 İyn 2018 11:44:00 233 0

"Volkswagen" və "Skoda" 130 mindən çox avtomobili geri çağırdı

"Volkswagen Group Rus" şirkəti Rusiyada 133 minə yaxın "Volkswagen" və "Skoda" markalı avtomobili geri çağırıb.

Bakı. "Volkswagen Group Rus" şirkəti Rusiyada 133 minə yaxın "Volkswagen" və "Skoda" markalı avtomobili geri çağırıb. Trend-in məlumatına görə, qərar buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədardır. Məlumatda qeyd olunur ki, geri çağırılma 2016-2018-ci illərdə Rusiyada satılmış “Volkswagen Polo Sedan” və “Skoda Rapid” modellərinə şamil olunur.