Səfir: "Ətraf mühitin qorunması üçün birdəfəlik plastik əşyalardan imtina etmək lazımdır"


Sosial 01 İyn 2018 11:22:12 299 0

Səfir: "Ətraf mühitin qorunması üçün birdəfəlik plastik əşyalardan imtina etmək lazımdır"

Nazir müavini: "Plastik kütlə yüz illər üçün parçalanır və ekosistemimizi məhv edir"

"Birdəfəlik plastik əşyalar özlüyündə dağıdıcı element daşıyır".

"Report" xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin ticarət elçisi baronessa Emma Nikolson birdəfəlik plastik məhsullara həsr olunmuş Forum (Single Use Plastics Forum) çərçivəsində çıxışı zamanı deyib.

O, indi bu sahədə insanların maarifləndirilməsinin çox zaman və enerji tələb etdiyini vurğulayıb.

"Plastik maddələr həyatın bütün sahələrində istifadə olunur və ondan istifadə sayı çox artıb. Bu, insanların münasibətidir. Bunun nə qədər dağıdıcı olduğunun fərqində belə deyilik. Ölkələr, millətlər və müxtəlif təşkilatlarda bu problemi həll etmək istəyi olmalıdır. O cümlədən elm adamları da vəziyyətdən çıxış yolu tapmalıdırlar", - E.Nikolson bildirib.