Bulvarda uşaqlar üçün daha bir sürpriz


Digərləri 01 İyn 2018 11:00:26 275 0

Bulvarda uşaqlar üçün daha bir sürpriz

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi "Uşaq festivalı" çərçivəsində bu gün günorta saatlarına qədər Dənizkənarı Milli Parkdakı əksər attraksion və karusellər, qatarlar və dəniz gəzintisi uşaqlar üçün pulsuzdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov deyib.

O bildirib ki, həmin attraksion və karusellər səhər saat 10:00-dan 13:00-a qədər uşaqlara pulsuz xidmət göstərəcək: