Bakıda ana və qızını güllələyən şəxs tutuldu


Digərləri 01 İyn 2018 10:13:00 217 0

Bakıda ana və qızını güllələyən şəxs tutuldu

Bakının Sabunçu rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

Son.az xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1- ci (qəsdən adam öldürmə) və 29, 120. 2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı müəyyən ekspertizalar təyin edilib və cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayonunun Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimov tutulub.