Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür


İqtisadiyyat 01 İyn 2018 10:04:47 78 0

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür

Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır

Bu gün Azərbaycanda poçt rabitəsinin yaradılmasından 200 il ötür.

“Report” Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan poçtunun tarixi 1 iyun 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontorunun açılmasından başlanır. Daha sonra 1826-cı ildə Bakıda, 1828-ci ildə isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə Poçt və Teleqraf Nazirliyi yaradılıb.

Azərbaycan poçtunun ən çətin və şərəfli dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Belə ki, həmin dövrdə sayı artmış poçt göndərişlərinin və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edib.

1945-ci ildə Poçt Ekspedisiyası təşkil edilib. Bu beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaradıb.

Nazirliyin açıqlamasında deyilir ki, Heydər Əliyev ötən əsrin 70-80-ci illərində poçt sahəsinə xüsusi diqqət göstərib. Təsadüfi deyil ki, həmin dövrdə respublikada 300-dən çox poçt şöbəsi binası tikilib.

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələ açılıb.

Bu gün yüksək keyfiyyətlə poçt və bank-maliyyə xidmətləri göstərən milli poçt operatoru “Azərpoçt” MMC var.

Hazırda “Azərpoçt” MMC-nin tərkibi 70 filialdan, o cümlədən 63 rayon-şəhər filialından, 7 rayon rabitə qovşağı, Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” rabitə müəssisəsi, Mərkəzi Xüsusi Rabitə İdarəsi və Texniki Xidmət Mərkəzindən ibarətdir. Poçt filiallarının tabeliyində olan 1497 poçt şöbəsi (o cümlədən 1141 kənd poçt şöbəsi) əhaliyə və hüquqi şəxslərə xidmət göstərir.

Sahə üzrə fəaliyyət göstərən bir sıra nüfuzlu təşkilatların üzvü olan “Azərpoçt” Ümumdünya Poçt İttifaqının EMS (sürətli poçt xidmətləri) kooperativi tərəfindən dünyanın 160-dan çox poçt operatorları arasında sürətli poçt xidmətinin keyfiyyəti üzrə keçirilən yarışlarda ardıcıl 9 dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci il fevral ayının 10-dan “Şəbəkə” layihəsinin tətbiqinə başlayıb.

Ənənəvi poçt şöbələrində məktubların, teleqramların, banderol, kiçik paket və bağlamaların göndərilməsi və qəbulu, sürətli poçt xidməti, poçt maliyyə əməliyyatları, pulköçürmələr, kommunal ödənişlərin qəbulu, sığorta ödənişlərinin qəbulu və s. həyata keçirildiyi halda, “Şəbəkə” mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra qurumlarının göstərdiyi xidmətlər bir məkanda təqdim olunur.

“Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Hazırda respublika üzrə 7 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, yəni Səbail, Yasamal (2), Binəqədi və Xəzər rayonlarında, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir.

Nazirliyin məlumatında qeyd edilir ki, “Şəbəkə” xidmətinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin respublikanın bütün böyük şəhər və rayonlarında açılması planlaşdırılır.

DSX və DTX-nın birgə əməliyyatında sərhədi pozan 4 əcnəbi saxlanılıb (FOTO) like
  • 01 İyn 10:04  
Digərləri DSX və DTX-nın birgə əməliyyatında sərhədi pozan 4 əcnəbi saxlanılıb (FOTO)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən sər­həd təhlükəsizliyinin

arrow Ətraflı
Premyer Liqa klubunda yeni baş məşqçi like
  • 01 İyn 10:04  
İdman Premyer Liqa klubunda yeni baş məşqçi

Everton-nun yeni baş məşqçisi müəyyənləşib.

arrow Ətraflı
Azərbaycanın əməkdar müəllimi vəfat etdi like
  • 01 İyn 10:03  
Digərləri Azərbaycanın əməkdar müəllimi vəfat etdi

Azərbaycanın əməkdar müəllimi vəfat edib.

arrow Ətraflı
AccessBank-ın yeni kampaniyası yayınıza rəng qatacaq! like
  • 01 İyn 09:58  
Digərləri AccessBank-ın yeni kampaniyası yayınıza rəng qatacaq!

AccessBank-ın yeni kredit kampaniyası yayınıza rəng qatacaq.

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 01 İyn 09:58  
Digərləri Manatın MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı 01 iyun tarixindən etibarən valyuta məzənnələ

arrow Ətraflı
BANM-da ilin ilk TEDxBHOS konfransı keçirildi (FOTO) like
  • 01 İyn 09:57  
Digərləri BANM-da ilin ilk TEDxBHOS konfransı keçirildi (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda 2018

arrow Ətraflı
Kapital Bank-dan bütün səhiyyə işçilərinə özəl təklif like
  • 01 İyn 09:52  
Digərləri Kapital Bank-dan bütün səhiyyə işçilərinə özəl təklif

Kapital Bank bütün səhiyyə işçiləri üçün yeni güzəştli kredit aksiy

arrow Ətraflı
Ermənilər sutka ərzində atəşkəsi 96 dəfə pozdu like
  • 01 İyn 09:49  
Digərləri Ermənilər sutka ərzində atəşkəsi 96 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Pakistanda avtobus dərəyə aşdı: like
  • 01 İyn 09:49  
Dünya Pakistanda avtobus dərəyə aşdı:

Pakistanın Pəncab əyalətinin Şekxupur dairəsində avtobus qəzası baş ve

arrow Ətraflı
Bakıda ana və qızını güllələyən şəxs tutuldu like
  • 01 İyn 09:46  
Digərləri Bakıda ana və qızını güllələyən şəxs tutuldu

Bakının Sabunçu rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

arrow Ətraflı
Məşhur aktyor çəkiliş zamanı yandı  FOTO like
  • 01 İyn 09:45  
Digərləri Məşhur aktyor çəkiliş zamanı yandı FOTO

"Jet Sosyete" serialında rol alan Enis Arıkan yeni bölümündə y

arrow Ətraflı
Roma müdafiəçi transfer etdi like
  • 01 İyn 09:44  
İdman Roma müdafiəçi transfer etdi

Roma Porto-nun futbolçusu İvan Markanonu transfer edib.

arrow Ətraflı
Qəbələdə qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb like
  • 01 İyn 09:43  
Digərləri Qəbələdə qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tə

arrow Ətraflı
Azərbaycanın ticarət nümayəndəsi: "Ölkədə 113 Çin şirkəti fəaliyyət göstərir" like
  • 01 İyn 09:40  
İqtisadiyyat Azərbaycanın ticarət nümayəndəsi: "Ölkədə 113 Çin şirkəti fəaliyyət göstərir"

"Azərbaycan Çin şirkətləri üçün təkcə tranzit ölkə deyil, həmçinin

arrow Ətraflı