Roma müdafiəçi transfer etdi


İdman 01 İyn 2018 09:44:00 252 0

Roma müdafiəçi transfer etdi

Roma Porto-nun futbolçusu İvan Markanonu transfer edib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, İtaliya təmsilçisi ispaniyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb. Paytaxt təmsilçisi 31 yaşlı müdafiəçini azad agent kimi heyətinə qatıb.

Qeyd edək ki, İvan Markano 2014-2018 illərdə  Porto klubunda çıxış edib.