BANM-da ilin ilk TEDxBHOS konfransı keçirildi (FOTO)


Digərləri 01 İyn 2018 09:57:00 272 0

BANM-da ilin ilk TEDxBHOS konfransı keçirildi (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda 2018-ci il üzrə ilk konfransı – TEDxBHOS keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda 2018-ci il üzrə ilk konfransı – TEDxBHOS keçirilib. Ali Məktəbdən Trend-ə verilən məlumata görə, əsas missiyası “Yayılmağa dəyər fikirlər” olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb. Konfransda BANM-ın rektoru Elmar Qasımov BANM tələbələrinin həyata keçirdiyi TEDxBHOS layihəsinə gələn bütün qonaqları salamlayaraq, konfransın qeyri-kommersiya təşkilatı olan TED-ın lisenziyası əsasında təşkil edildiyini bildirib. Daha sonra rektor tələbələri BANM-da bu böyük tədbiri təşkil etdikləri üçün təbrik edib.