Azərbaycanda yaşı 50dən çox olan kişilərin sayı qadınlarla müqayisədə daha azdır


Digərləri 01 İyn 2018 09:40:00 230 0

Azərbaycanda yaşı 50dən çox olan kişilərin sayı qadınlarla müqayisədə daha azdır

Azərbaycanda hər 1000 nəfər kişiyə düşən qadınların sayı azalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu il ölkədə hər 1000 nəfər kişiyə 1004 nəfər qadın düşür. Bu rəqəm 2017-cı ildə 1006, 2016-ci ildə 1007 olub.

Əhalinin yaş qrupları üzrə müqayisə edildikdə görmək olar ki, hər 1000 nəfər kişiyə düşən ən az qadın sayı 5-9 yaşlılar arasında müşahidə edilir. Son məlumatlara görə, ölkədə 0-4 yaşlı hər 1000 nəfər oğlan uşağına 875, 5-9 yaşlı oğlan uşağına 860, 10-14 yaşlı oğlan uşağına 876 qız uşağı düşür.

Ölkədə 1000 nəfər kişiyə düşən qadınların sayının kişilərin sayını üstələməsi yaşı 30-dan çox olan əhali arasında müşahidə edilir.

Azərbaycanda 30-34 yaşlı 1000 nəfər kişiyə 1030 qadın, 35-39 yaşlı 1000 kişiyə 1012, 40-44 yaşlı 1000 nəfər kişiyə 1042, 45-49 yaşlı 1000 nəfər kişiyə 1090 qadın düşür.