Qəbələdə qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb


Digərləri 01 İyn 2018 09:43:00 245 0

Qəbələdə qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən Bum meşəbəyliyinin 6 saylı dolayında içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb.

Bakı. Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən Bum meşəbəyliyinin 6 saylı dolayında içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb. ETSN-dən Trend-ə verilən məlumata görə, araşdırma zamanı avtomobillərin Qəbələ rayon sakinləri Gəncəli İsgəndorova və Anar Ağayevə məxsus olduğu məlum olub.