Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun aktivləri 1 mlrd. manata yaxınlaşıb


İqtisadiyyat 01 İyn 2018 09:13:34 278 0

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun aktivləri 1 mlrd. manata yaxınlaşıb

Fond mənfəət-zərər göstəricilərini açıqlamayıb

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) cəmi aktivləri bu il yanvarın 1-nə 991,446 mln. manat təşkil edib.

“Report” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11,3 dəfə çoxdur.

ADIF-in aktivlərinin 789,752 mln. manatını dövlət vekselləri təşkil edib. Bu hissə Fondun aktivlərində 2017-ci ildə formalaşıb.

Ötən il ADIF-in cəmi öhdəlikləri 6,9 dəfə azalaraq 85,677 mln. manata düşüb. Bu ilin əvvəlinə Fondun yığılmış sığorta ehtiyatlarında (xalis aktivlərində) 427,934 mln. manatlıq kəsir olub ki, bu da ötən ilin əvvəlinə nisbətən 15,7% azdır.

Hesabat tarixinə ADIF-ə ödənilmiş kapital isə 1 333,703 mln. manat təşkil edib ki, son nəticədə Fondun sığorta ehtiyatları 905,769 mln. manat olub.

ADIF mənfəət-zərər göstəricilərini açıqlamayıb.