Qaradağda dönərxana və gözəllik salonu yandı


Digərləri 01 İyn 2018 09:07:00 252 0

Qaradağda dönərxana və gözəllik salonu yandı

Qaradağda dönərxana və gözəllik salonu yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 18 kv.m olan tikilinin (dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan bitişik ümumi sahəsi 20 kv.m olan tikilinin (gözəllik salonu kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı qismən əriyib. Bitişik tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​