KXDR və Rusiya bu il zirvə toplantısı keçirmək qərarına gəldi


Dünya 01 İyn 2018 08:52:00 243 0

KXDR və Rusiya bu il zirvə toplantısı keçirmək qərarına gəldi

KXDR və Rusiya bu il ən yüksək səviyyədə görüşün keçirilməsini qərara aldılar. Son.az Trend-ə istinadən bildirir ki, belə razılaşma Pxenyanda keçirilən Rusiya xarici işlər naziri Sergey Lavrov və KXDR lideri Kim Çan In arasında danışıqlar nəticəsində əldə olundu. Bu toplantı iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə həsr olacaq.

Verilən məlumata görə, müvafiq razılaşma mayın 31-i Pxenyanda keçirilən Rusiya xarici işlər naziri Sergey Lavrov və KXDR lideri Kim Çan In arasında aparılan danışıqlar nəticəsində əldə olundu. Tərəflər belə razılığa gəldilər ki, "iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 70-ci ildönümü ilə əlaqədar olaraq, müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, xüsusilə Rusiya Federasiyası və KXDR liderlərinin görüşünü həyata keçirmək məqsədə uyğun hesab olunur".