Azərbaycanda onların sayı artıb, daha çoxu Bakıda yaşayır 2051 nəfər


Digərləri 01 İyn 2018 07:55:00 233 0

Azərbaycanda onların sayı artıb, daha çoxu Bakıda yaşayır  2051 nəfər

Azərbaycanda son illər ərzində yaşı 90 və daha çox olan şəxslərin sayı 3341 nəfər, başqa sözlə 39,4 faiz artıb.

Son.az bildirir ki, Trend-in Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən apardığı təhlillərə görə, 2013-cü ildə ölkədə 8479 nəfər (6303 nəfər qadın, 2176 nəfər kişi) yaşı 90 və daha yuxarı yaşda olan insan olduğu halda, 2014-cü ildə bu rəqəm 9171 (6626 nəfər qadın, 2545 nəfər kişi), 2015-ci ildə 10 171 (7092 nəfər qadın, 3079 nəfər kişi), 2016-cı ildə 10 880 (7370 nəfər qadın, 3510 nəfər kişi), 2017-ci 11 820 (7710 nəfər kişi, 4110 nəfər qadın) nəfər olub.

Ölkədəki uzunömürlülərin çoxu Yuxarı Qarabağ iqtisadi rayonunun - Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Xankəndinin payına düşür.