Daha yadplanetlilərin gizlənməsi mümkünsüz olacaq ABŞ elə bir kamera hazırladı ki...


Digərləri 01 İyn 2018 07:48:00 271 0

Daha yadplanetlilərin gizlənməsi mümkünsüz olacaq  ABŞ elə bir kamera hazırladı ki...

Amerikalı araşdırmaçılar tərəfindən hazırlanan yüksək həssaslığa sahib bir kamera astrofiziklərin başqa qalaktikalardakı ulduzların ətrafında fırlanan planetləri birbaşa müşahidə etməsinə imkan yaradacaq.

Son.az xəbər verir ki, "Qaranlıq" (Darkness) adı verilən bu kameranın uzaq dünyalardan gələn işığı toplaması son dərəcə həssas superkeçirici detektorlar sayəsində gerçəkləşəcək.

ABŞ Kaliforniya Universitetinin fiziki Ben Mazinin verdiyi məlumata görə, kameranı ərsəyə gətirən "Santa Barbara" mövcud optik və infraqırmızı teleskoplar, mobil telefon və rəqəmsal kameralarda olan eyni tipli yarımkeçirici detektorlu kameralardan istifadə edir.

Lakin solğun nəsnələri görüntüləməyi çətinləşdirən bu texnologiya üçün yarımkeçirici sensorlar müəyyən sərhədlər qoyur (uzaqdakı ulduzlar və ətraflarındakı planetlər kimi). "Qaranlıq" kamerasındakı yeni texnologiya isə superkeçirici detektorlardan qaynaqlanan problemi həll etmə ümid verir. Mazinin bildirdiyinə görə, bir elektron voltdan daha çox enerjiyə sahib tək bir fotonu bir yarımkeçirici detektora vurduğunda bir elektronu sərbəst buraxır:

"Superkeçirici bir detektorda beş min və ya on minə qədər elektron sərbəst qalır və ölçmək üçün daha çox elektron olanda yarımkeçirici detektorla edə bilməyəcəyiniz şeyləri edə bilərsiniz".

Professor "Qaranlıq" kamerasının "Mikrodalğa kinetik endüktan detektorlar" (MKİD) adı verilən yeni texnologiyasının son dərəcə aşağı - mütləq sıfırın yalnızca bir dərəcənin onda biri qədər temperaturda işlədiyini bildirib.

Platin silisiumdan hazırlanan superkeçirici maqnetik bir sahədə enerji depolayan elektrik birləşdirici olan bir induktor kimi davranır və bir oskillator (qeyri-mexanik vasitələrlə salınan elektrik cərəyanlarının və ya gərginliyin yaranması üçün cihaz) müəyyən bir tezlikdə siqnalı tanıyabilən elektrik dövriyyəsi yaratmaq üçün elektrik sahəsi formasında enerji toplayan bir kondensatorla birlikdə işləyir.

Həssaslığı sayəsində 10,000 piksellik "Qaranlıq" kamerası əks etdirdiyi işığı qəbul edərək ulduzların ətrafındakı planetlərin birbaşa müşahidə edilməsinə şərait yaradır.