Məşhur yazıçı hər kəsi şoka saldı: "Təcavüz cinayət deyil"


Digərləri 01 İyn 2018 07:35:00 337 0

Məşhur yazıçı hər kəsi şoka saldı: "Təcavüz cinayət deyil"

"Təcavüzün çox ciddi günah və cinayət deyil".

Son.az xəbər verir ki, bu sözləri avstraliyalı feminist yazıçı Jermen Qrir "Guardian" qəzetinə verdiyi müsahibəsində deyib. Yazıçının fikirləri təcavüz cəzasının azaldılmasına çağırış kimi qiymətləndirilib və ingilis ictimaiyyətində kəskin etirazla qarşılanıb.

Müəllifin sözlərinə görə, cəmiyyət təcavüzə dəhşətli cinayət kimi baxmaq əvəzinə, "laqeyd və diqqətsiz" hərəkət olaraq görməyə başlamalıdır. O, hesab edir ki, təcavüz edən şəxslər həbsxanada yatmamalıdır, sadəcə 200 saat dövlət xidməti göstərməli və ya qoluna "T" hərfi döymə edilməlidir.

İngiltərədə yaşayan 79 yaşlı yazıçının təcavüzü "pis cinsi əlaqə təcrübəsi" kimi təsvir etməsi sosial mediada da tənqid edilib.