ƏbuDabidə FANTASTİK ADA yaradıldı FOTO


Digərləri 01 İyn 2018 06:30:00 342 0

ƏbuDabidə FANTASTİK ADA yaradıldı  FOTO

BƏƏ-nin paytaxtı Əbu-Dabidə yaradılan Xudayrat adası ilk infrastruktur obyektlərini qonaqları üçün açıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, idman-əyləncə tədbirləri üçün nəzərdə tutulan bu ada yaxın gələcəkdə regionda idman tədbirlərinin mərkəzinə çevrilməyi vəd edir.

BƏƏ Şəhər Planlaşdırma və Bələdiyyə Departamenti (DPM) Əbu-Dabinin Xudayrat adasında yeni çimərlik zonasının açıldığını elan edib. Otuz kvadratkilometr ərazidə dörd futbol meydanı, dörd voleybol, dörd basketbol meydançası, dörd tennis kortu, çimərlik futbolu üçün iki meydan, 5 və 10 kilometr uzunluğunda qaçış və velosiped cığırları, habelə açıq səma altında bağ yerləşir. Yaxın gələcəkdə burada gəzinti zonası, çoxsaylı kafe və restoranlar, uşaq meydançaları, su idmanı mərkəzləri və bir çox digər məkanlar yaradılacaq. Bu da uzun müddət adada rahat istirahət etməyə imkan verəcək.

DRM-in sədri Falah əl-Əhbabi deyib: "Xudayrat adasında idman-əyləncə obyektlərinin açılması müasir və inkişaf etmiş infrastruktura malik meqapolisin yaradılması xəyalı ilə yaşayan BƏƏ-nin birinci prezidenti Şeyx Zayedin quruculuq planının bir hissəsidir. Xudayrat adası ərazisində idman-əyləncə obyektlərinin yaradılması Əbu-Dabiyə daha çox turist cəlb edəcək, beynəlxalq səviyyəli idman tədbirlərinin təşkili üçün nəhayətsiz imkanlar açacaq".


Xəbərə aid fotolar